2019-cu ilin demokratiya indeksinə görə, Gürcüstan 89-cu yerdədir
2019-cu ilin demokratiya indeksinə görə, Gürcüstan 89-cu yerdədir

2019-cu ilin demokratiya indeksinə görə, Gürcüstan 89-cu yeri Hondurasla paylaşır.

Müvafiq tədqiqatı “Ekonomist” yayır.

İndeks Britaniyanın “Ekonomist İntelicens Yuniti”-nin (EIU) tədqiqatçıları tərəfindən tərtib olunub.

Qeyd edilməlidir ki, demokratiya indeksinə görə, Gürcüstan Şərqi Avropanın regionlarında 19-cu yeri alır.

Gürcüstana 10 baldan 5,42 bal verilib. Daha əvvəlki göstəricilərdə isə, 5,50 bal idi.

“Ekonomistin” tədqiqatçıları tərəfindən tərtib edilən reytinqin ilk beşliyi belədir: Norveç, İslandiya, İsveç, Yeni Zelandiya və Finlyandiya.

Siyahıda son beşinci yeri isə, Çad, Suriyə, Mərkəzi Asya Respublikaları, Konqı və Şimali Koreyadır.

Tədqiqatda 165 ölkənin demokratik vəziyyəti dəyərləndirilib.

Demokratik indeksin tərtibi zamanı beş kateqoriya nəzərdə tutuldu – seçki prosesi və plyuralizm, vətəndaş azadlığı, iqtidarın fəaliyyəti, siyasi iştirak və siyasi mədəniyyət.

Tədqiqatda qəbul edilən ballara görə, ölkələr dörd kateqoriyaya bölünüb –  Tam demokratiya, qarışıq demokratiya, hibrid rejimi və avtoritar rejim.

Gürcüstan siyahıda “Hibrid rejimi” kimi qeyd olunur.