2018-ci ilin ən yaxşı idmançısının mükafatlandırılması Birinci Kanalda
2018-ci ilin ən yaxşı idmançısının mükafatlandırılması Birinci Kanalda

Bu gün saat 19:00-da, Rustaveli Teatrında (Tbilisi, Şota Rustaveli prospekti 17) Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin versiyası ilə 2018-ci ilin ən yaxşı idmançısının mükafatlandırılması mərasimi keçiriləcək.

İlin idmançısı ilə birlikdə, ən yaxşıları 14 nominasiyada aşkar olunacaqlar. Həmçinin 10 xüsusi priz təyin edilib.

Tədbirdə Gürcüstan prezidenti, Baş nazir, Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavinləri, icraedici və qanunverici hakimiyyətin nümayəndələri, Tbilisi meri, Olimpiya Komitəsinin və İdman Federasiyalarının rəhbərləri, Olimpiya və Dünya çempionları, jurnalistlər və xüsusi olaraq dəvət olunmuş qonaqlar iştirak edəcəklər.

Tədbirin birbaşa reportajını Birinci Kanal təqdim edəcək.