2017-ci ilin Uşaq Avroviziyasının qalibi Rusiya nümayəndəsi oldu

2017-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi Rusiya nümayəndəsi, Wings mahnısı ilə, Polina Boquseviç oldu.

Rus müsabiqəçisi 188 bal topladı.

Uşaq Avroviziyasının sıra ilə 15-ci müsabiqəsi bu gün, Tbilisi Olimpiya Sarayında keçirildi. Gürcüstan, uşaq avrofestivalına bu il, ilk dəfə ev sahibliyi etdi.

Müsabiqədə 16 ölkə iştirak edirdi. Bu il müsabiqədə Gürcüstanı, “Qulis xma” (qəlbin səsi) mahnısı ilə, Qriqol Kipşidze təmsil etdi və 185 balla ikinci yerə çıxdı.