1990-cı illərdə və 2008-ci ilin avqust müharibəsi zamanı itgin düşən yenə 23 nəfərin cəsədi tapılıb
1990-cı illərdə və 2008-ci ilin avqust müharibəsi zamanı itgin düşən yenə 23 nəfərin cəsədi tapılıb

1990-cı illərdə və 2008-ci ilin avqust müharibəsi zamanı itgin düşən yenə 23 nəfərin cəsədi tapılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, bu Qızıl Xaç egidası ilə yaranan kooordinasiya mexanizmi çərçivəsində mümkün oldu.

“Uşaq vaxtı yaz tətillərini nənəmin yanında keçirirdim, ancaq sonra müharibə bizi ömürlük ayırdı. Onun cəsədinin tapıldığını eşitdiyimdə qəlbim onu hörmətlə dəfn edən insanlara qarşı minnətdarlıqla doldu” – müharibə nəticəsində zərər görən 44 yaşlı kişi deyir.

Beynəlxalq Qızıl Xaç Komitəsi itənlərin ailə üzvləri ilə görüş keçirdi və onların suallarına cavab verdi.

Cəsədlərin ailələrinə təhvili və onların dəfn mərasimi yaxın günlərdə keçiriləcək.

Xatırladaq ki, 1990-cı illərdən və 2008-ci ilin avqust münaqişəsi ilə bağlı 2300-ə yaxın insan hələdə itgin düşmüş sayılır.

2013-cü ildən bu yana 500-ə qədər insanın cəsədi tapılıb.