1989-cu ilin 9 aprel hadisələrindən 32, Gürcüstanın müstəqilliyinin bərpasından isə 30 il ötür
1989-cu ilin 9 aprel hadisələrindən 32, Gürcüstanın müstəqilliyinin bərpasından isə 30 il ötür

 

1989-cu ilin 9 aprel hadisələrindən 32, Gürcüstanın müstəqilliyinin bərpasından isə 30 il ötür.

Həm faciəvi həm də ölkə üçün mühüm hadisələri əhatə edən tarixi gün.

1989-cu ilin aprelin 9-da ölkənin müstəqilliyinin bərpası tələbi ilə o zamankı hökumət evi qarşısında keçirilən dinc aksiya iştirakçılarına qarşı Kreml Sovet orudusunu və dəyənəkli hərbçiləri çıxardı. 9 Aprel səhəri Rustaveli prospektində tanklar və rus cəza dəstələri göründükdən sonra  aksiyanın dağıdılmasına başlanıldı. Qurbanlar da  var idi, 21 nəfər həlak olmuşdu. Yüzlərlə  insan isə mənşəyi bilinməyən qazla zəhərlənmişdi.

Faciədən dəqiq iki il sonra 1991-ci ilin aprelin 9-da, Zviad Qamsaxurdianın  rəhbərliyi ilə Ali Şura Gürcüstanın Müstəqillik Aktını qəbul etdi və ölkənin dövlət müstəqilliyinin bərpası elan edildi.