15 yaşlı yeniyetmənin ölümünə görə, Salome Zurabişvili bütün bayram tədbirlərini ləğv etdi
15 yaşlı yeniyetmənin ölümünə görə, Salome Zurabişvili bütün bayram tədbirlərini ləğv etdi

Gürcüstan prezidenti bu gün 15 yaşlı yeniyetmənin ölümünə görə, daha öncə planlaşdırdığı bütün bayram tədbirlərini ləğv etdi.

İctimai qruplar üçün Orbelianilər sarayındaki qəbul mərasimi isə, sadəcə görüş formatında keçirildi.

Bu barədə məlumatı prezident administrasiyası yayır.

“Görüşün başında Salome Zurabişvili 15 yaşlı Luka Siradzenin ölüm faktı ilə bağlı dərin kədərini bildirdi və bir dəqiqəlik sükutla ölən gəncin xatirəsini yad etdi” – deyilir prezident administrasiyasının məlumatında.