Ermənistanda son 24 saat ərzində koronavirusun 239  yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 239 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 239  yeni halı aşkar edildi, 446 pasiyent  sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 13  pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 245 264  halı qeydə alınıb.

Virus nəticəsində ölkədə  4 924 insan vəfat edib, 229 559  pasiyent   sağalıb.