Gürcüstanda koronavirusa 3666 yeni yoluxma halı qeydə alınıb, 1335 nəfər sağalıb
Gürcüstanda koronavirusa 3666 yeni yoluxma halı qeydə alınıb, 1335 nəfər sağalıb

Gürcüstanda koronavirusa 3666 yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda  1335 nəfər sağalıb. Son bir sutkada  17 pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 42 235  ədəd  test aparılıb, onlardan  27 425-i antigen sürətli testi, 14 810-u isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  8.68 %, son 14 günün- 6.03 %, son 7 günün isə 6.71 %.

Gürcüstanda koronavirusa   ümumilikdə 407 689 yoluxma halı təsdiqlənib, onlardan  376 088 nəfər sağalıb, 5 731  nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 418 398 nəfər peyvənd olunub, günlük  13 884 insan peyvənd olunub.

64 nəfər karantin rejimindədir, 5185  nəfər stasionar şəraitdə nəzarət altındadır, 1763 nəfər kliniki-mehmanxanadadır.

Dünən, iyulun 26-da Gürcüstanda koronavirusa 1264 yeni yoluxma halı qeydə alınıb, 1665  nəfər sağalıb, 26 nəfər isə dünyasını dəyişib.

Şərh yaz