11 il avqust müharibəsindən - faktların xronologiyası və fotomaterial
11 il avqust müharibəsindən - faktların xronologiyası və fotomaterial

412 həlak olmuş, o cümlədən 169 hərbçi; 1 747 yaralı; 130 000 məcburi köçkün, buradan 30 mini bu günə qədər qaçqınlıqda yaşayır; 35 000 məhv edilmiş ev; yerlə yeksan olmuş 53 gürcü kəndi; Rusiya tərəfindən əlavə işğal olunmuş beş dərə və 125 kənd; Gürcüstan vətəndaşları bu gün də tikanlı məftillərin o biri tərəfində yaşamalı olurlar, – bu avqust müharibəsinin nəticələridir. Rusya-Gürcüstan müharibəsindən 11 keçdi.

Gürcü kəndləri istiqamətinə atəşi hələ 2008-ci ilin iyulunda açdılar, durum xüsusilə avqustun 7-də gərginləşdi, Nuli, Avnevi, Frisi bombalandı və cavab atəşi açıldı. Avqustun 8-də səhər, Roki tunelində Sxinvali bölgəsinə Rusiyanın 58-ci ordusunun kolonası daxil oldu.

Sxinvalinin bir hissəsini tutmağı bacaran gürcü birləşmələri, rus aviasiyasının hücumu nəticəsində geri çəkilməli oldular. Rus aviasiyası Qorini, Poti limanını, Senaki və Marneuli hərbi bazalarını, Vaziani bazasını, aviasiya zavodunu və Kvişiani dağında yerləşən radarı bombaladı.

İntensiv döyüş əməliyyatları beş gün davam etdi. Aktiv döyüş əməliyyatlarının dayandırılması isə, yalnız beynəlxalq həmdostluğun fəallaşmasından sonra mümkün oldu.

Müharibənin başa çatmasından sonra tezliklə, Rusiya Abxaziya və “Cənubi Osetiyanın” müstəqilliyini tanıdı.

2008-ci ildə imzalanmış atəşkəs barəsində razılaşmanı rəsmi Moskva, bu günə qədər yerinə yetirmir.