Əl-Aqsa məscidi yanında müsəlmanlar və İsrail polisi arasında toqquşma baş verdi
Əl-Aqsa məscidi yanında müsəlmanlar və İsrail polisi arasında toqquşma baş verdi

Qurban Bayramı ibadətindən sonra, Əl-Aqsa məscidi yanında müsəlmanlar və İsrail polisi arasında toqquşma baş verdi.

Qarşıdurma nəticəsində dörd polis işçisi və 20-ə qədər nümayişçi xəsarət aldı.

İsrail polisi aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etdi. Toqquşma nəticəsində bir neçə nümayişçi yaxalandı.