Əfqanıstan hökuməti ilə razılaşdırılaraq, İran hakimiyyəti Taliban ilə danışıqlar aparır
Əfqanıstan hökuməti ilə razılaşdırılaraq, İran hakimiyyəti Taliban ilə danışıqlar aparır

Əfqanıstan hökuməti ilə razılaşdırılaraq, İran hakimiyyəti Taliban ilə danışıqlar aparır. İranın Milli Thlükəsizlik Şurasının katibi, Ali Şamxanın dediyinə görə, Taliban ilə danışıqlar Əfqanıstanda təhlükəsizlik problemlərinin aradan qaldırılması məqsədi ilə aparılır.

İran hakimiyyəti yüksəkvəzifəlisinin bəyan etdiyinə görə, Taliban ilə danışıqlar gələcəkdə də davam etdiriləcək. ABŞ-da bəyan edirlər ki, İran Əfqanıstanın qərb hissəsində nəzarətin gücləndirilməsinə çalışır və Talibana silah və pul ilə yardım edir.