Теа Tsulukiani - ABŞ səfirliyinin bəyanatı göstərir ki, məhkəmə sisteminin daha mükəmməl olması üçün işləməyə davam etməliyik
Теа Tsulukiani - ABŞ səfirliyinin bəyanatı göstərir ki, məhkəmə sisteminin daha mükəmməl olması üçün işləməyə davam etməliyik

Ədliyyə Naziri Tea Tsulukianinin bəyanatına görə, Ali Məhkəmənin hakimlərinin təsdiqlənməsi ilə bağlı ABŞ səfirliyinin bəyanatı göstərir ki, məhkəmə sisteminin daha mükəmməl olması üçün çalışmalar davam etməlidir.

“ABŞ səfirliyi bu barədə daha öncə də bəyanat verdi, ancaq dünənki bəyanat onu təsdiqləyir ki, hazırki sistem daha öncəkindən artıqdır və sadəcə olaraq, onun daha mükəmməl edilməsi üçün çalışmalar davam etməlidir” – deyir Tea Tsulukiani.

Təsdiqlənən hakimlərə gəlincə isə, Ədliyyə Nazirinin dediyinə görə, onların hər birini deputatlar hərhansı təzyiq olmadan dəstəklədilər.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının səfirliyi, parlament tərəfindən Ali Məhkəmə hakimlərinin təqdislənməsi ilə bağlı bəyanatı dünən yaydı.

“Təəssüf ki, parlament tərəfindən təsdiqlənən namizədlər arasında elə hakimlər var, hansılar ki, müstəqilliyə sadiq olduqlarını sübut edə bilmədilər” – deyilir səfirliyin bəyanatında.

Şərh yaz