Ziyəddin Keşəlinin ifasında bir neçə mahnı-2

Mahnının sözləri aşığın özünündür.

Ziyəddin Məhəmməd oğlu Əliyev 1950-ci ildə Marneuli rayonundakı  Kürüstü Keşəli kəndində anadan olub. Onda bu sənətə həvəsi oyadan, saza meyl etdirən atası Məhəmməd Usub oğlu olub. Sonra Ziyəddin Borçalının aşıq məktəbini yaradanlardan biri, azman aşıq Xındı Məmmədin yanına gedərək xeyli ona şagirdlik etmişdir. Ustadı Xındı Məmməd rəhmətə gedəndən sonra, yəni 1968-ci ildən sonra Ziyəddin uzun müddət Dədə Əmrah və ustad Kamandarın  sənətkarlığından, ifaşılıq tərzindən bəhrələnmişdir. Bir müddət Marneuli şəhər mədəniyyət evində çalışaraq gənc saz həvəskarlarına sazın sirlərini öyrətmişdir.  Borçalının və Qarayazının müxtəlif yerlərindən onun çagirdləri olub. Özünəməxsus ifaçılığı ona şöhrət qazandırmışdır. Azərbaycanda, Türkiyədə beynəlxalq tədbirlərdə iştirak edib.  Aşıq Ziyəddin həm də yaradıcı aşıqdır. Əsasən qoşma üslubunda yazılan şeirləri dövri mətbuartda, toplularda özünə yer tapmışdır. Aşıq Ziyəddinin “Ruhani ruha dərmandır” adlı şeirlər kitabı 2000-ci ildə Bakıda işıq üzü görmüşdür.

P.S.1999-cu ildə onun öz ifasında bir neçə şeirini, eləcə də iki kasetlik mahnıları lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin mahnıları  aşıqsevərlərinmarağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

https://youtu.be/JkclslwmxxY

Hörmətlə: Mirzə Məmmədoğlu