Vahid Kirəçlinin öz ifasında bir neçə şeiri

Vahid Hüseyn oğlu Məmmədov 1934-cü ildə Marneuli rayonunun Kirəc Muğanlı kəndində anadan olmuşdur. Onun atası Hüseyn kişi dünyasını tez dəyişdiyinə görə kişik yaşlı bacı-qardaşının qayğısı onun üzərinə düşür. Uşaq yaşlarından ağır zəhmətə alışan Vahid Kirəcli ömrünün sonuna kimi təsərrüfat işlərində çalışmışdır. Yorğunluğunu poeziya aləmində tapmışdır.

Vahid Kirəclinin 1998-ci ildə  işıq üzü görən kitabının da “Şeir baxcam, şeir bağım” adlanması təsadüfi deyildir. Belə ki, şair Vahid Kirəçli zəhmət bağçasından, əmək bağından  “Şeir baxçasına, şeir bağına” keçməklə həyatın mənasını tapmışdır.

1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa şairlərlə yanaşı onun da şeirlərini mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin şeirləri  poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu