Əsəd Təhləlinin öz ifasında şeirləri

Əsəd Təhləli 1929-cu ildə Qarayazı bölgəsinin Ağtəhlə kəndində anadan olub. Sovet dönəmin də heyvandarlıq təsərrüfatında baytar həkim işləyib. Təhləli şair Novruzdan şeir sənətinin sirlərini öyrənib. Aşıq şeirinin bütün şəkillərində qələmini sınayıb. Bir şeirlər kitabının müəllifidir.

Gürcüstan Radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Youtuba və saytımıza yerləşdirirəm.

P.S. Gələn il aprelin 15-də bu qocaman şairinin 90 yaşı tamam olur.  Ona can sağlığı arzulayıram.

Hörmətlə: Mirzə Məmmədoğlu