Gürcüstan radiosunun qızıl fondundan. Əziz Nesinin “Siyasi arvadbaz” hekayəsinin səhnələşdirilmiş veriliş

Elanı var. Aparıcının sözlərini  oxuyur ötən əsrin 70-ci illərində Gürcüstan radiosunun azərbaycan dilində verilişər redaksiyasında  diktor işləyən Həmid Vəliyev.

***

Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olur. Qadiriyyə təriqətindən olan atası oğlunu da imanlı müsəlman kimi görmək istəyirdi. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937 ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəəsnət Məktəbini də bitirir. Sonralar Əziz xatırlayacaqdı ki, oxuduğu hərb məktəblərində hətta onların düşüncələri belə təqib olunurmuş. 1941 ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir. Və 1944 cü ildə ordudan “ vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” maddəsi ilə ordudan qovulur. Səbahəddin Əliylə tanışlıq və ilk yazı uğurları… Əziz Nesin ordudan qovulduqdan sonra bir müddət baqqal, mühasib kimi peşələrdə çalışır. Sol təmayüllü “Tan” qəzetində işə girir. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı “Partiya qurmaq, partiya vurmaq” 1946 ci ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə “Marko Paşa”adlı mizah (satirik) qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır. “Marko Paşa”nın səhifələrində yüksək çinli dövlət məmurları, nazirlər tənqid olunurdu. Sonralar da dəfələrlə həbslərə və təqiblərə məruz qalmasına baxmayaraq Əziz Nesin köşə yazarlığını və ədəbi fəaliyyətini həvəslə davam etdirir.

Ə. Nesin məhsuldar yazıçıydı və hədsiz dərəcədə işgüzar olub. O, 1952 ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir və eyni zamanda “Oluş” nəşriyyatını açır. Demokratik Partiya ilə münasibətləri isti deyildi. 1955 ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı. DP hökuməti bu qanlı hadisələrdə kommunist izi axtarırdı. Ə. Nesin heç bir səbəb olmadan 9 ay həbsdə yatdı. Bu həbslər onu daha da qorxusuz edirdi. Düzdür, bəzən həyatı təhlükələrdə qalanda yazılarının altından müxtəlif imzalar qoyurdu. Ümumiyyətlə, həyatı boyu iki yüzdən artıq təxəllüsdən istifadə etmişdi. Onu ölkənin böyük məmur ordusu sevmirdi. Onu dini ictimaiyyət də sevmirdi. Amma Ə. Nesin də riyakarlığı sevmirdi. Üstəlik, onda İslam dininə qarşı nifrət də yoxuydu. Hətta övladlarında biri, Əli Nesin də islami həyatı seçmişdi. O deyirdi ki, mən hətta uşaqlıqda azan da vermişəm, amma çox qaba səsim vardı. Doğrudur, mən dinsizəm, amma seçim qarşısında qalsam İslamı seçərəm. Arvadını çağırılmamış qonaqla tutdu Ə. Nesin iki dəfə evlilik həyatı yaşayıb. Uzun və mürəkkəb həyat yolu keçən satirik yazıçı uğurları ilə yanaşı ən müxtəlif problemlərlə də rastlaşıb. Ciddi xarakterli yazıçı heç zaman ailəsindən danışmağı xoşlamazdı. Amma budur, ölümündən sonra böyük oğlu Atəş Nesin yazdığı kitabla anası Vedia xanımın atasına xəyanət etdiyini açıqladı. O yazırdı ki, mütəmadi olaraq atam səfərlərdə olurdu. O, siyasi görüşlərinə görə təqib olunduğu üçün bəzən evdə gecələmirdi. Polis onu daim izləyirdi. Lakin bir dəfə şam yeməyi zamanı qəfil evə dönən Ə. Nesin arvadını yad bir kişi ilə görür. O, arvadına iki sillə çəkib boşayır. Ömrünün son illərində yazıçı övladlarına nəql edirmiş ki, anaları həmin yad kişi ilə süfrə arxasında əyləşibmiş. “Geyindiyi köynəyin iki düyməsi açılmışdı, məni görüncə bağlamağa çalışdı. Bununla da anam insani xətaya yol verdi”, yazırdı Atəş Nesin. O, atasının bu hadisədən böyük çaşqınlıq yaşadığını qeyd edirdi: ”Həmin zamanlar ailənin maddi durumu olduqca ağırıydı. Babamız Əbdüləziz bəy bağda yetişdirdiyi meyvələri satar və oğlunun ailəsinə köməklik edərdi. Anam isə, atamın evdə olmamasından istifadə edərək qonşuluqda yaşayan yad qadın, kişiləri evə çağırar və kef məclisləri təşkil edərdi. Kişili qadınlı hamı raki içər, dumanlanlanardı”. Həbsxanada qurulan ailə Yazıçı, çox sevdiyi Vedia xanımın bu xəyanətində xəyal qırıqlığına uğramışdı. Ə. Nesinin ikinci həyat yoldaşı Meral Çelen ədəbiyyatçı idi. Meral xanımın ”Əziz Nesinli illər” kitabında onların arasında olan məhəbbətin ən gözəl anları təsvir edilib. Onlar 1957 ci ildə həbsxanada nişanlanıblar və ailə qurublar. 1967 ci ildə boşanıblar. Sonralar Meral Çelen yazacaqdı; “Mən çox yaxşı yazıçı ola bilərdim. Amma Ə. Nesinlə ailə həyatım bu karyerama son qoydu… ” Ə. Nesinin bilinməyən bir tərəfi vardı… «Milli İstixbarata işləyirdi» Neşet Güriş adlı bir şəxs vardı. Ömrü boyu Milli İstixbaratda (kəşfiyyat idarəsi) çalışmış və təqaüdə çıxmışdı. 101 yaşında dünyasını dəyişdi. 2007 ci ildə “TEMPO” adlı jurnala verdiyi müsahibədə Ə. Nesinin İstixbarat Təşkilatına çalışmasını iddia edirdi. O deyirdi ki, Ə. Nesin kommunist idi, Türkiyəyə qarşı acıqlyıdı, cavanlığında hərbiyyədə çox haqsızlıqlar görmüşdü. Bu səbəblərdən də solçu oldu. Onun bilinməyən bir tərəfi də varmış, kəşfiyyat işləyirmiş. O, 1946 ci il Səbahəddin Əliyə qarşı keçirilən 16 dekabr əməliyyatı zamanı həbs edilir və sorğu-sual edilərkən İstanbulun əmniyyət müdiri(polis rəisi) Əhmət Dəmir tərəfindən döyülür. Bu əsnada yazıçı dilə gəlir və MİT üçün çalışdığını deyir. 17 gündə sonra Ə. Nesini həbsdən buraxırlar. Səbahəddin Əli isə 1948 ci ildə həbsxanada vəhşicəsinə öldürülür. İnanmaq çətin olsa da, AKP-çi jurnalistlər bu iddianı dilə gətirməkdən yorulmurlar. İnandırıcı görünməsə də, satirik yazıçının 1993 cü il 12 iyul qanlı Madımak hadisələrindən sağ çıxmasında da MİT-çi olması öz sözünü deyib. Həmin tarixdə Türkiyənin Sivas şəhərində hər il keçirilən Pir Sultan Abdal şənlikləri zamanı Madımak hotelində əksəriyyəti ələvi olan 33 şair və yazıçı, iki hotel əməkdaşı qəzəblənmiş kütlə tərəfindən hotelin yandırılması nəticəsində həlak olmuşdular. Tədbirə qatılanlardan 51 nəfəri yaralı vəziyyətdə çətinliklə də olsa xilas olmuşdu. Ə. Nesin də başından yaralanmışdı. Bu hadisə Türkiyə ictimaiyyətində böyük üzüntü yaratdı. Ömrünün son illərində şeirlər yazmağa meyllənən yazıçının «Sivas Acısı» belə yarandı: Ben tanirim , Bu bulut bizim oranin bulutu , Hemşeriyiz ne de olsa Benim için kalkmiş, ta Sivas’tan gelmiş Yurdumun bulutu Başimin üstünde yeri var… Ey yüregimin onmaz acilari Ey beynimin dinmez sancilari Suç ne bende, ne de sende. Suç seni karanliklara gömenlerde, Ne de olsa yurttaşimsin, Kapali olsa da bütün vicdan kapilari yüzüne, Bilmelisin bir yerin var canevimde. AKP çi jurnalistlərin iddialarına görə, Ə. Nesin MİT-ə Qüllə hərbi məktəbində təhsil aldığı zamanlarda cəlb edilib. Türkiyə xalqının 60 faizi səfehdir 1982 ci il İzmir Torbalıda keçirilən xalq şənliklərində işlətmişdi bu məşhur cümləsini. Birisi qalxıb ondan soruşmuşdu: ”Biz əgər bir xalq kimi Nəsrəddin Xocanın nəvələriyiksə, deməli ağıllı millətik, elə deyilmi?” O da cavabında: “türklərin 60 faizi səfehdir” — cavabını vermişdi. Səhnə arxasında dostları ondan niyə belə cavab verdiniz deyə soruşduqda, ”Övladım mən yüzdə 92 deyəcəkdim, dilimi güclə saxladım” dedi. Həmin il Türkiyədə keçirilən referendumda xalqın 92 faizi səs verərək Kənan Evrenin prezident kürsüsündə qalmasını təmin etmişdi. 1992 ci ildə Ə. Nesindən müsahibə alan “Hürriyet” qəzetinin müxbiri Nuriyyə Akman yenidən bu “səfeh” söhbətinin üzərinə qayıdır: — Sizin 77 yaşınız var, tanınmış yazıçısınız. Bu cümləni işlətmək sizcə doğruymudu? — Bir ananın oğlu səfeh olarsa ana nə edər. Həyatını ona bağışlayar. Mən də eyni şeyi etdim. Ə. Nesin həqiqətən də xalqını çox istədiyindən tənqid edirdi, onun həyatındakı naqisliklərə dözə bilmirdi. Onun adı Türkiyə üçün qürur mənbəyi idi. Əsərləri böyük tirajla dünyanın müxtəlif xalqlarının dilinə çevrilmişdi. 56 ədəbi mükafat almışdı. Dəfələrlə Moskvaya gəlmişdi. Onu Sovet İttifaqında yaşayan millətlər çox sevirdi. O, da öz xalqını çox sevirdi. 1972 ci ildə kimsəsiz və kasıb uşaqlar üçün Nesin Fondu açmışdı. O, bu fond üçün canını oda yaxırdı. Əsərlərindən əldə etdiyi qonorarları bu fonda xərcləyirdi. İndi bu fondda Əziz Nezinin şəxsi əşyalarının nümayiş olunduğu muzey də fəaliyyət göstərir. 5 il öncə oğlu Əli Nesin fondun xəttiylə İzmirin Şirincə kəndində “Riyaziyyat kəndi”yaradıb. Hər il burada yüzlərlə uşaq pulsuz riyaziyyat dərsləri öyrənir, yatacaq və qida ilə təmin olunurlar. Kəlamlarından… Yoxsulun yeganə silahı durmadan çalışmaqdır. Mənə toxunmayan ilan min il yaşasın deyərək yaşatdığınız ilanların, növbəti hədəfi siz ola bilərsiniz . İnsanlar yalnız söylədiklərinə görə deyil, susduqlarına görə də cavabdehlik daşıyırlar. Bilirsinizmi günahları yazan mələk soldadır. Ola bilsin qəlbin solda yerləşməsi də bundandır. Çünki bəlkə də eşq yaşanılan ən böyük günahdır. Ən gözəl şeir riyaziyyatdır. Hesab edirəm ki, Yer üzündə “iki dəfə iki dörd edər”dən, gözəl şer yazılmamışdı. Dar yerlərdən çıxanlar genişliyə tab gətirə bilməzlər. Məzarsız yazıçı Bütün həyatı və yaradıcılığı ilə Türkiyədə hadisə yaradan böyük ədib, ölümü ilə də hamını mat qoydu. Həyatda kimsədən qorxmadı, bir çoxlarının yuxusunu qaçıran satirik əsərlər yazdı. Təkəbbürlü idi, amma həyata sağlam baxırdı. İstər danışığında soyuq və birbaşa cümlələr işlədirdi. Amma, özü deyirdi ki, mən də qorxuram. Sadəcə,” naqislikləri gördünsə, gizlətməyə hacət yox”, deyirdi. Ehtimal var ki, Ə. Nesin məzarının bilinəcəyi təqdirdə, böyük məmurlar tərəfindən sümüklərinin narahat ediləcəyindən ehtiyat edirdi. Böyük satirik yazıçı bütün ömrünü qalmaqallar içərisində keçirmişdi. 1995 ci il iyulun 6 da İzmirin Alaçatı bölgəsində kitablarının imza günü həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Yazıçının anlamına görə, dəfn mərasimi deyilən tədbir, rəzillik və ikiüzlülükdən başqa bir şey deyildi. Onun cəsədi, İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin baxçasında 7 çuxur qazıldı. Ə. Nesinin nəşi bu çuxurlardan birinə endirildi. O vəsiyyətində yazırdı; ”Mən insanın ruhunun varlığına inanmıram. Demək məzarın olması da vacib deyil. Məzarımın üzərinə işarə-filan, çiçək də qoyulmasın. Görə, qoxulaya bilməyəcəyim çiçəklərin məzarım üstündə boş-boşuna çürümələrinə acıyıram. Türkiyədə məzarlıqlar dinlərə görə bölünmüşdür. Dinsizlərin məzarı olmamalıdır. Mənsə, müsəlmanların yatacaq yeri yoxdur və olmamaldır, deyənlərdənəm”.

O bu dünyadan məzarsız getdi. Bilirdi ki, yaratdığı ölməz satirik əsərlər hər zaman onun mənəvi məzarı sayılacaq. Ə. Nesinin nəşi torpağa tapşırılmazdan öncə Nesin Fondunun uşaqları oradan uzaqlaşdırıldı. Günü bu gün fondun uşaqları baxçada qəbrin üzərində oynaşır, qaçışır, deyib-gülürlər. Adam, bütün bunları seyr edən böyük yazıçının ruhu dinclik tapır deyə də bilmir…

Hörmətlə: Mirzə Məmmədoğlu