Dilqəm Qoçulunun öz ifasında bir neçə şeiri

Füzuli Qəhrəmanov Cahangir oğlu (Dilqəm Qoçulu) 1955-ci il dekabrın 6-da Bolnisi rayonunun Qoçulu (İndiki Çapala)  kəndində  anadan olmuşdur. 1973-cü ildə Qoçulu kənd orta məktəbini bitirib Gəncə Dövlət Pedaqoji İnstitutuna  qəbul edilmişdir. 1977-ci ilə həmin institutu bitirərək komsomol, sonra partiya işlərində çalışmışdır. Sonralar uzun illər Gəncə şəhər kinolaşdırma idarəsində rəis müavini, daha sonra isə rəis vəzifəsində işləmişdir. Hal-hazırda Qoçulu kəndində yaşayır.

P.S.Gürcüstan radiosu üçün 1999-cu ildə onun  öz ifasında  bir neçə şeirini lentə alaraq efirdə dəfələrlə səsləndirmişik. Şəxsi arxivimdə qoruyub saxladığım öz ifasında olan həmin şeirləri poeziya həvəskarlarının marağını nəzərə alaraq Yutuba və saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu